12:32 - 26.08.2024
26 avqust, Fineko/abc.az. Yaxın vaxtlarda Azərbaycanda nəqliyyat vasitələrini evakuasiya etdirmək istəyən sürücülər üçün yeni mobil tətbiq – “Avto-SOS” istifadəyə veriləcək.
ABC.AZ xəbər verir ki, “SOS Avto” MMC-nin təsisçisi Hikmət Abdullayev avtomobilin evakuasiyasına ehtiyac yarandığı zaman həm həmin avtomobilin, həm də evakuatorun sürücüsü müəyyən çətinliklərlə qarşılaşdığını bildirib.
Belə ki, bəzi hallarda sifariş qəbul edildikdən sonra tərəflər çətin tapılan küçə və dalanların müəyyən edilməsi üçün bir-biri ilə əlaqə yaratmaq, bəzi məsələləri aydınlaşdırmaq istədikdə buna nail ola bilmirlər. Nəticədə müştəri həm evakuatoru uzun müddət gözləməyə məcbur olur, həm də sifariş etdiyi evakuatorun hərəkət trayektoriyasını izləyə bilmir.
“Avto-SOS” mobil tətbiqi isə bu problemləri aradan qaldıracaq. Mobil tətbiq vasitəsilə yanacaq problemi ilə qarşılaşan avtomobillərə yanacağın, eləcə də təkərlərin çatdırılması, sazlanması, yaxud dəyişdirilməsi, güc qaynağı problemi yaranan avtomobillərə akkumulyatorların çatdırılması, yaxud akkumulyatorun yenidən işə salınması xidmətlərinin də təklif edilməsi nəzərdə tutulur. (Azərbaycan Teleqram kanalı)
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024