10:03 - 27.08.2024
27 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Tatneft” publik səhmdar cəmiyyəti sürtkü materiallarının istehsalı üzrə birgə müəssisə yarada bilər.
ABC.AZ xəbər verir ki, bu barədə “SOCAR RUS” MMC-nin (SOCAR-ın törəmə müəssisəsi) baş direktoru Rüfət Mahmud məlumat verib.
“SOCAR “Tatneft”lə sıx əməkdaşlıq edir. Tərəflər artıq iki Yol Xəritəsi imzalayıblar. Söhbət neft məhsullarının ticarəti və emalı üzrə birgə müəssisələrin yaradılması ideyalarından gedir. Sürtkü materiallarının birgə istehsalı ilə bağlı məsələlər müzakirə olunur”, - R.Mahmud bildirib.
O əlavə edib ki, bu cür istehsal Azərbaycan və ya üçüncü ölkələrin ərazisində təşkil oluna bilər.
“Bunun üçün Rusiya bazarı nəzərdən keçirilmir. Çünki burada bazar artıq keyfiyyətli məhsul istehsal edən yerli istehsalçılar tərəfindən kifayət qədər dolğun təmsil olunub”, - baş direktor vurğulayıb.
O əlavə edib ki, Rusiyanın “SIBUR” şirkəti ilə də analoji planlar var.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024