Özbəkistan naziri: Azərbaycan təcrübəsi aqrosənaye kompleksinin inkişafının effektiv modeli kimi istifadə edilə bilər

10:19 - 27.08.2024


27 avqust, Fineko/abc.az. Torpağın suvarılması və fermerlərə maliyyə dəstəyi sahəsində Azərbaycanın təcrübəsi nümunə kimi göstərilə və aqrar-sənaye kompleksinin inkişafı üçün səmərəli model kimi istifadə oluna bilər. 

ABC.AZ xəbər verir ki, bu barədə "Özbəkistan 24" telekanalının efirində Özbəkistanın kənd təsərrüfatı naziri İbrohim Abdurahmonov bildirib.

O, son illərdə Azərbaycanla, xüsusilə kənd təsərrüfatı sahəsində əlaqələrin xeyli genişləndiyini vurğulayıb. Özbəkistan qanunvericilik səviyyəsində kənd təsərrüfatı sahəsində sığorta mexanizmini Azərbaycan təcrübəsinə bənzətməklə təsdiq etməyi planlaşdırır.

Bundan əlavə, İbrohim Abdurahmonov qeyd edib ki, Özbəkistan ölkədə fındıq plantasiyaları yaratmağı planlaşdırır. Bu məqsədlə Azərbaycandan tinglərin sınaq partiyası gətirilib.