10:30 - 27.08.2024
27 avqust, Fineko/abc.az. Özbəkistan şirkətinin Azərbaycanda pambıqçılıq klasteri layihəsinin icrasına başlanılıb.
ABC.AZ xəbər verir ki, bu məqsədlə Özbəkistan şirkəti “Tukımachı Sanoat Tekstıl” MMC-nin Azərbaycanda təsis etdiyi “TST Textile Group” MMC-yə İmişli rayonunda 5 min hektar torpaq sahəsi ayrılıb.
Müasir pambıqçılıq təsərrüfatı, pambıq emalı, iplik, toxuculuq, tikiş və yağ istehsalı müəssisələrinin daxil olduğu pambıqçılıq klasterinin yaradılması layihəsinin ilkin investisiya həcmi təxminən 90 milyon manatdır.
Bununla yanaşı, Füzulidə 100 hektar ərazidə “Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi icra ediləcək. Özbəkistan tərəfindən “Uzgreenagro” LLC (MMC) və Azərbaycan “Zəfər Bağları” MMC-nin birgə təsis etməyi planlaşdırdığı “Özbəkistan-Azərbaycan Dostluq Bağları” MMC tərəfindən həyata keçiriləcək. Layihəyə 5 milyon manatadək vəsaitin investisiya olunması nəzərdə tutulur. Bu vəsaitin 50 %-ini Özbəkistan, 50 %-ini Azərbaycan yatıracaq. (Report)
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024