14:26 - 27.08.2024
27 avqust, Fineko/abc.az. Azərbaycanda dəmir yollarında çalışan işçilərin sayı 2024-cü ilin birinci yarısının sonuna 15.3 faiz azalıb.
ABC.AZ-ın məlumatına görə, 1 iyul 2024-cü il tarixnə Azərbaycanda dəmir yollarında çalışan işçilər 3 885 nəfər olub. Bu keçən ilin eyni dövründə 4 586 nəfər idi.
Bununla belə, bu sektorda orta aylıq əmək haqqı keçən illə müqayisədə 1 156.3 manat olduğu halda, bu il 1 402.4 manata yüksəlib. Bu da cari ilin müvafiq dövründə 21.3 faiz artımdır.
Azərbaycanda dəmir yollarının yeganə operatoru “Azərbaycan Dəmir Yolları” QSC-dir.
Dəmir yollarında yükdaşıma illik 1.8% artımla 9.32 mln. tona, sərnişin daşınma 14.82% artaraq 3.85 mln. nəfər, ondan gəlirlər isə 25% artaraq 463.54 mln. manat təşkil edib.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024