IVECO layihəsinə qoyulan investisiyaların həcmi açıqlanıb

10:28 - 28.08.2024


28 avqust, Fineko/abc.az. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti “Az-Tex-Import” şirkəti Cəbrayıl rayonunda IVECO yük avtomobillərinin istehsalı layihəsinə investisiyaların həcmini açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkətin təsisçisi Samir İbadullayevin sözlərinə görə, ilkin investisiya həcmi 10 milyon manat təşkil edəcək.

Şirkət hər il 100 yük maşını istehsal edəcək və sonrakı mərhələlərdə həcmdə mümkün artım olacaq.

Hazırda zavodun tikintisi davam etdirilir. Məhsulun bir ildən sonra buraxılması gözlənilir.