Dəniz səviyyəsinin qalxmasına görə bu şəhərlər 2030-cu ilə qədər yox ola bilər – Siyahı

10:53 - 28.08.2024


28 avqust, Fineko/abc.az. Birləşmiş Millətlər Təşkilatı və Dünya Meteoroloji Təşkilatı planetdə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı məruzələr hazırlayıb.

ABC.AZ xəbər verir ki, mütəxəssislər qlobal istiləşmə və buz təbəqələrinin və buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsinin yüksəldiyini bildiriblər.

Ekoloji problemlərin həlli üçün ciddi tədbirlər görülməsə, 2030-cu ilə qədər dünyanın bir neçə şəhəri yox olmaq təhlükəsi ilə üzləşə bilər, ekoloqlar xəbərdarlıq edirlər. Aşağıda bu şəhərlərin siyahısı verilib:

1.         Amsterdam, Hollandiya

2.         Yeni Orlean, ABŞ

3.         Ho Şi Min, Vyetnam

4.         Venesiya, İtaliya

5.         Bangkok, Tayland

6.         Kolkata, Hindistan

7.         Naqoya, Yaponiya