Azərbaycanda alüminium məmulatlarının istehsalı artıb

15:17 - 28.08.2024


28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda alüminium məmulatları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,8 faiz artıb.

ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu müddətdə ölkədə 35563,3 min ton alüminium məmulatı istehsal edilib. Nəticədə 2349,6 ton alüminium ehtiyatı toplanılıb.

Qeyd edək ki, alüminium məmulatları ölkənin ixracının strukturunda üstünlük təşkil edən məhsullardandır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin ilk 7 ayında Azərbaycan 118 863.17 min ABŞ dolları dəyərində 44 462.98 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib. Bu məhsulların ixracı qeyri-neft sektoru üzrə ixracın 6,34 fazini təşkil edib.