09:59 - 29.08.2024
29 avqust, Fineko/abc.az. Azərbaycanın iki ən iri şəhərində klinikalara sahib olan “Memorial Hospital” və ya hüquqi adı ilə “Memorial Klinik” MMC 2023-cü ildə satışlarının maya dəyərinin, işçi xərclərinin artması səbəbindən ili zərərlə tamamlayıb.
ABC.AZ şirkətin audit hesabatına istinadən xəbər verir ki, klinika keçən il 5 milyon 466 min manat üzərində gəlir edərək keçən ilki göstəricini cüzi (0.3 faiz) üstələsə də, satışın maya dəyəri illik müqayisədə 38 faiz artımla 3 milyon 688 min manata yüksəlib.
İşçi, icarə və digər xərcləri ehtiva edən inzibati xərclər isə illik müqayisədə 64 faiz artımla 1 milyon 773 min manata çatıb.
Beləliklə, bütün gəlir və xərclər fərqindən sonra onun zərəri 98 min manat təşkil edib. Halbuki, klinika keçən il “parlaq” maliyyə hesabatı elan etmişdi. Onun 5 milyon 466 min manata qarşı 1 milyon 298 min manata yaxın xalis mənfəəti vardı.
“Memorial Hospital”ın kapital balansında 7 milyon 64 min manat illərin yığılmış mənfəəti qalmaqdadır.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024