Hindistan şirkəti yaşıl ammonyak istehsalı üçün iri layihə həyata keçirir

10:27 - 29.08.2024


29 avqust, Fineko/abc.az. Hindistanın AM Green Ammonia şirkəti Andhra Pradeş ştatında yaşıl ammonyak istehsalı üzrə iri müəssisənin layihəsinə dair yekun investisiya qərarı qəbul edib.

ABC.AZ xəbər verir ki, 2030-cu ilədək təxmin edilən istehsal gücü ildə 5 milyon ton yaşıl ammonyak olmalıdır ki, bu da təxminən 1 milyon ton yaşıl hidrogenə bərabərdir.

Bu, Hindistanın milli yaşıl hidrogen missiyasına uyğun olaraq 2030-cu ilə qədər almağı planlaşdırdığı həcmin beşdə biridir.

Ammonyak istehsallarından biri bu il şirkət tərəfindən satın alınan Kakinda şəhərindəki mövcud karbamid zavodunun ərazisində yerləşəcək. Bu müəssisədən gələn məhsulların əksəriyyəti Avropa bazarlarına ixrac ediləcəkdir. Uniper, Yara, Keppel və s. kimi oyunçularla ilkin müqavilələr artıq bağlanıb.