11:41 - 29.08.2024
29 avqust, Fineko/abc.az. 28 avqust çərşənbə günü Moskvada Rusiyanın ilk “Lastoçka” pilotsuz qatarı işə salındı. Qatar Moskva mərkəzi halqasında sərnişin daşımağa başladı.
ABC.AZ xəbər verir ki, qatar özü hərəkət edir, ancaq kabinədə sürücü olur. O, sərnişinlərin minməsi və enməsi zamanı qapıların açılmasına və bağlanmasına nəzarət edir. Rusiya dəmir yolları izah etdi ki, bu avtomatlaşdırmanın üçüncü səviyyəsidir.
Əvvəllər pilotsuz qatarlar Moskva mərkəzi halqasında yalnız test rejimində işləyirdi. İndi belə bir “Lastoçka” maşinistlərin idarə etdiyi adi qatarlarla birlikdə mütəmadi olaraq Moskva mərkəzi halqasında işləyəcək. “Rusiya Dəmir Yolları” bildirib ki, avtomatlaşdırmanın növbəti (dördüncü) mərhələsi qatarın kabinədə insan iştirakı olmadan işə salınmasıdır. 2026-cı ildə buna keçməyi planlaşdırırlar.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024