12:20 - 29.08.2024
29 avqust, Fineko/abc.az. Türkiyənin Trabzon hava limanında yeni beynəlxalq terminalın açılış mərasimi keçirilib.
ABC.AZ xəbər verir ki, avqustun 27-də keçirilən tədbirdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy iştirak ediblər.
Məlumata görə, bu ilin ilk yeddi ayında Trabzon hava limanı 2 milyondan çox sərnişinə xidmət edib və təxminən 15 min uçuş həyata keçirib.
Hava limanı 11 ölkədə 20 istiqamətə, ilk növbədə Qətər, Azərbaycan, Almaniya, Küveyt, İraq və İordaniyaya 19 müxtəlif aviaşirkət tərəfindən xidmət göstərən beynəlxalq uçuşlar təklif edir.
Uraloğlu qeyd edib ki, 2023-cü ildə hava daşımalarının sayı kəskin artıb: 214 milyondan çox sərnişin daxili və beynəlxalq səfərlər edib.
O əlavə edib ki, bu ilin iyul ayının sonuna sərnişinlərin sayı 129,73 milyona çatıb.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024