11:53 - 30.08.2024
30 avqust, Fineko/abc.az. Azərbaycanda ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin fəaliyyətinə dair yeni qaydalar təsdiq edilib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli, 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”ə əsasən, ölçmə vasitələrinin yoxlanılması Dövlət Xidməti tərəfindən müəyyən edilmiş qaydada attestasiya olunmuş fiziki şəxslər tərəfindən həyata keçirilir.
Bu məqsədlə, Dövlət Xidməti “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”nı təsdiq edib. Qaydalara əsasən, ölçmə vasitələrinin yoxlanılması ilə məşğul olan fiziki şəxslər və bu sahədə akkreditasiya olunmuş qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq üçün Dövlət Xidmətinə müraciət etməlidirlər.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024