ABŞ Ermənistan gömrüyünə nəzarət edəcək

14:38 - 30.08.2024


30 avqust, Fineko/abc.az. Ermənistan hökuməti Ermənistanla ABŞ arasında "Gömrük orqanlarının qarşılıqlı yardımı haqqında" sazişin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

ABC.AZ xəbər verir ki, məlumata görə, hökumət bu təşəbbüsü yekdilliklə dəstəklədikdən sonra Amerikalılar Ermənistandan keçən bütün gömrük axınlarına tam nəzarət edəcəklər.

Müqavilə gömrüklər, o cümlədən şəxsi məlumatlar arasında daha sıx məlumat mübadiləsini nəzərdə tutur.