11:23 - 2.09.2024
2 sentyabr, Fineko/abc.az. “Nvidia” bazar kapitallaşmasını üç dəfə artırmaq yolundadır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət texnologiya nəhənginin bazar dəyərinin 10 trilyon dollara çatacağını proqnozlaşdırır.
Bununla yanaşı, Uoll-Strit investorları “Nvidia”nın son bir il ərzində böyüməsini və qazanc artımı ilə bağlı yüksək gözləntiləri nəzərə alaraq, şirkətin olduğundan daha yüksək qiymətləndirilməsindən narahatdırlar.
“Nvidia” səhmləri cümə axşamı şirkətin ikinci rüblük hesabatından sonra 6%-dən çox ucuzlaşıb.
Sənaye analitiklərinin “yüksək istehsal həcminə nail olmaqda böyük çətinliklər” səbəbindən yeni nəsil çiplərin istehsalının iki-üç ay gecikəcəyini söyləməsi investorların narahatlığını daha da artırıb.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024