Ərdoğan: Türkiyə bu il turizmdən 60 milyard dollar gəlir əldə etməyi planlaşdırır

12:05 - 2.09.2024


2 sentyabr, Fineko/abc.az. Türkiyə cari ilin yekunlarına görə 60 milyon turist qəbul etməyi və turizmdən 60 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bildirib, çıxışının yayımını TRT Haber telekanalı aparıb.

"İyul ayının sonu vəziyyətinə görə, ölkəmizə gələn turistlərin sayı 35 milyona çatıb. 2024-cü ilin sonuna qədər 60 milyon turist və turizmdən 60 milyard dollar gəlir əldə etməyi hədəf qoyuruq", - deyə Ərdoğan bildirib.

O xatırladıb ki, ötən il Türkiyəyə 56,7 milyon turist səfər edib, turizm gəlirləri 56 milyard dollar təşkil edib.