Azərbaycanda ictimai iaşə obyektlərinin dövriyyəsi artıb

11:02 - 20.08.2018


20 avqust, Fineko/abc.az. Yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə obyektlərinin dövriyyəsi 5,1% artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə ictimai iaşə obyektlərinin dövriyyəsi 778,5 milyon manat təşkil edib ki, bu da illik 5,1% artım deməkdir.

“İctimai iaşə obyektlərinin dövriyyəsinin 41,1%-i hüquqi şəxslərin, 58,9%-i isə fiziki şəxslərin payına düşür. Hüquqi  şəxslərin dövriyyəsi keçən ilin analoji dövrünə nisbətən 4,9% artaraq 316,6 milyon manat təşkil edib”, - Dövlət Statistika Komitəsindən bunu bildirdilər.

 

Bütün xəbərlər