11:09 - 3.09.2024
3 sentyabr, Fineko/abc.az. Google yeni hazırladığı bioakustik süni intellekt (AI) modeli ilə bəzi xəstəliklərin erkən diaqnozunu əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.
ABC.AZ xəbər verir ki, bu yenilik sadə üsullarla vərəm, həmçinin xroniki obstruktiv ağciyər xəstəliyi və digər tənəffüs yolu infeksiyaları kimi ağır ağciyər xəstəliklərinin erkən diaqnostikasına töhfə verə bilər.
İnternet nəhəngi bu təşəbbüsü “Health Acoustic Representations (HeAR)” adlandırır. Bu süni intellekt modeli öskürmə və asqırma kimi səs siqnalları əsasında xəstəliyin ilkin əlamətlərini aşkar etmək üçün öyrədilir. Google Research-in Texniki Direktoru Şravya Şetti bu barədə fikirlərini bölüşüb: “Bədənimizin çıxardığı səslər sağlamlığımız haqqında çoxlu məlumat saxlayır. Bu bioakustik səslərdə gizlənən incə ipuçları müxtəlif xəstəliklərin öyrənilməsi, diaqnozu, monitorinqi və müalicəsi üsullarında inqilab etmək potensialına malikdir."
Google tədqiqat qrupu HeAR-a müxtəlif, anonim məlumat dəstindən toplanmış 300 milyon audio trek ilə təlim keçib. Konkret olaraq, öskürək modeli təxminən 100 milyon öskürək səsindən istifadə etməklə öyrədilib. Bu texnologiya smartfon mikrofonları vasitəsilə istifadə oluna bilər.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024