Azərbaycan və Dağıstan arasında quru sərhədlər açıla bilər

14:22 - 3.09.2024


3 sentyabr, Fineko/abc.az. Dağıstan və Azərbaycan parlamentləri yeni əməkdaşlıq sazişi imzalaya bilərlər.

ABC.AZ xəbər verir ki, bu barədə Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderov bildirib.

Spiker Azərbaycanda MDB-dən beynəlxalq müşahidəçilər missiyasının tərkibində olub.

DR Xalq Məclisinin sədri bildirib ki, Bakıda olarkən azərbaycanlı həmkarları ilə də mühüm məsələlərdən birini – quru sərhədinin açılmasını müzakirə edib. O qeyd edib ki, Azərbaycan ilə Dağıstan arasında böyük mədəni-tarixi və ticarət əlaqələri var, ona görə də bağlı sərhəd münasibətlərin inkişafına mane olur.

"Biz bu məsələnin həlli üçün imkanlar axtarırıq. Bu çarter avtobusları və ya dəmir yolu xidməti ola bilər. Bu gün artıq Mahaçqaladan Bakıya təyyarələr uçur ki, bu da vətəndaşlarımıza sizin ölkənizə və geriyə səfər etməyə imkan verir", – deyə Askenderov bildirib.

O əlavə edib ki, Dağıstan və Azərbaycan parlamentarilərinin iştirakı ilə işgüzar görüş və ya dəyirmi masa keçirmək planları var.