AYİB Gəncədə çirkab sutəmizləyici qurğuların tikintisini maliyyələşdirəcək

15:52 - 3.09.2024


3 sentyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncədə su təchizatının yenidən qurulması, eləcə də təmizləyici qurğuların tikintisi üçün 365 milyon avro kredit ayıracaq.

ABC.AZ Bankın yaydığı məlumata əsasən xəbər verir ki, layihənin ümumi dəyəri 370 milyon avro təşkil edir. Kreditin AYİB-in Direktorlar Şurası tərəfindən yekun təsdiqi noyabrın 6-da gözlənilir.