1 milyon vətəndaş digital şəxsiyyət vəsiqəsindən istifadə edəcək - Nazir müavini

10:17 - 4.09.2024


4 sentyabr, Fineko/abc.az. 2026-cı ilin sonuna 1 milyon vətəndaşın digital şəxsiyyət vəsiqəsindən istifadə etməsi planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Kağızsız Hökumət: rəqəmsallaşma və ətraf Mühitə Təsiri” Beynəlxalq tədbirində deyib.

Onun sözlərinə görə, əhalinin 65%-ni isə rəqəmsal vərdişlərinə yiyələnməsini hədəfləyirik:

“2024-cü ilin sonuna isə ev təsərüffatlarını yüksək sürətli internetlə təmin etməyi planlaşdırırıq”.