14:51 - 4.09.2024
4 sentyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 16 milyon 950,1 min ton həcmində xam neft istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xam neft istehsalı 773,1 min ton və ya 4,4% azalıb.
2023-ci ilin yanvar-iyul aylarında bu göstərici müvafiq olaraq 17 milyon 723,2 min ton təşkil edib.
01.08.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 210,8 min ton təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 5,6 min ton və ya2,6 % azdır.
01.08.2023-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 216,4 min ton təşkil edib.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024