15:11 - 4.09.2024
4 sentyabr, Fineko/abc.az. Yaxın vaxtlarda Azərbaycanda “Polyhedron-Digital radar of Azerbaijan” rəqəmsallaşma milli reytinq sistemi istifadəyə veriləcək.
ABC.AZ xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Əliyev “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, dünyada bir neçə reytinq indeksi var ki, onlar vasitəsilə ölkələrin rəqəmsallaşma vəziyyəti qiymətləndirilir və reytinqi formalaşdırır:
“Biz istəyirik ki, Azərbaycan bu hesabatlarda yüksək yerlərdə olsun. Ancaq ölkəmizin rəqəmsallaşma vəziyyətini daha əhatəli şəkildə, ehtiyaclarımıza uyğun şəkildə necə ölçə bilərik deyə sual qoymuşduq qarşımıza.
Bunun nəticəsində milli qiymətləndirmə metodologiyasını formalaşdırımışıq. “Polyhedron" adlanan yanaşma-ölçmə mexanizmi bizim rəqəmsal inkişaf konsepsiyası ilə tam uyğunlaşdırılıb. Bu yanaşma əsas 3 istiqaməti və digər fundamental məsələləri özündə birləşdirir". (Report)
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024