Azərbaycan Afrika ölkələri ilə ticarət dövriyyəsini 5 dəfədən çox artırıb

15:30 - 4.09.2024


4 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 5 dəfədən çox artaraq 247,1 milyon ABŞ dollarını üstələyib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan Afrika ölkələrinə ixrac 171 milyon dollar (+7,4 dəfə), Afrika ölkələrindən Azərbaycana idxal isə 76,1 milyon dollar (+2,9 dəfə) təşkil edib.

Məlumata görə, cari ilin ilk 7 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Afrika ölkələri ilə ticarətin payı 0,91 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,75 faiz bəndi çoxdur.