İsveçrənin nəhəng saat şirkətləri çətin durumda - Hökumət yardım etməyə başlayıb

16:03 - 4.09.2024


4 sentyabr, Fineko/abc.az. İsveçrənin saat sənayesində durğunluq hökm sürür.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, tələbatın azalması şirkətləri çətin duruma salıb. Hökümət isə boş dayanmayıb.

Belə ki, tələbin azaldığı və biznesin dayandığını görən hökumət bəzi şirkətlərə yardım etməyə başlayıb.

“Girard-Perregaux” və “Ulysse Nardin”, iş yerlərini qorumaq və daimi ixtisarların qarşısını almaq üçün hökumət sxemindən istifadə etdiklərini təsdiqləyən ilk brendlərdir.İki istehsalçıya sahib olan “Sowind Group”, İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrick Pruniauxun sözlərinə görə, 320 işçisinin təxminən 50-ni və ya 15%-ni qısamüddətli işə və ya məzuniyyətə göndərib.

Pruniaux keçən həftə Cenevrə Saat Günləri sərgisində verdiyi müsahibədə deyib:

“Bu il çətin il olacaq. Digər saat istehsalçıları da oxşar ssenari gözləyir”.