16:42 - 4.09.2024
4 sentyabr, Fineko/abc.az. ABŞ, Avropa İttifaqı (Aİ) və Kanada kimi Qərb ölkələrinin gördüyü məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, avqust ayında Çinin avtomobil şirkətlərinin elektromobil satışları azalmayıb.
ABC.AZ xəbər verir ki, dünyanın ən böyük elektromobil istehsalçısı olan BYD markası avqust ayında rekord sayda elektromobil satıb.
BYD-nin avqust ayında satışları keçən ilin eyni dövrünə görə 30% artaraq 370 min 854 ədədə çatıb.
BYD satışlarının 8%-i (31.451) başqa ölkələrə ixrac edilib.
Çin şirkəti “Xpeng” də avqust ayında 14 min 36 elektrikli avtomobil satıb.
Şirkətin satışları aylıq olaraq 26%, illik bazda isə 2,5% artıb.
Yüksək səviyyəli modelləri ilə tanınan “Nio”, avqust ayında 20 min 176 yeni elektromobil satıb.
Bu dövrdə şirkətin satışları illik bazda 4% artıb.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024