"Azərbaycan Sənaye Korporasiyası" məhkəməyə verilib

10:37 - 5.09.2024


5 sentyabr, Fineko/abc.az. "Azərbaycan Sənaye Korporasiyası" yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.

ABC.AZ xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə protokol irəli sürülüb.

İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın icraatındadır.