Banklar valyuta hərracında tələbi artırdılar

12:49 - 5.09.2024


5 sentyabr, Fineko /abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, sentyabrın 5-də keçirilən valyuta hərracında bankların tələbi 65,0 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan 0,1 milyon dollar (0,15%) çoxdur.

Sentyabrın 3-də keçirilən valyuta hərracında AMB banklara 64,9 milyon dollar satıb.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.