Banklarımızın qeyri-faiz gəlirləri 1 milyard manata yaxınlaşır

15:02 - 5.09.2024


5 sentyabr, Fineko/abc.az. 2024-cü ilin avqustun 1-nə Azərbaycan banklarının qeyri-faiz gəlirləri 939 milyon manat olub.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin göstərici iyulun 1-nə olan dövr ilə müqayisədə 139,2 milyon manat və ya 17,4%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 200,9 milyon manat və ya 27,2 çoxdur.

2023-cü ilin avqustun 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə qeyri-faiz gəlirləri 738,1 milyon manat olub.

Bu ilin 1 iyul vəziyyətinə bu göstərici 799,8 milyon manat təşkil edib.