Qazaxıstanda yeni nəsil qaz emalı zavodları tikiləcək

15:14 - 5.09.2024


5 sentyabr, Fineko/abc.az. Qazaxıstanda yeni nəsil qaz emalı zavodları tikiləcək.

ABC.AZ xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov deyib.

Oljas Bektenov Qazaxıstanın əhəmiyyətli karbohidrogen ehtiyatlarına sahib olduğunu qeyd edib.

"Sübut edilmiş bərpa olunan neft ehtiyatları 4 milyard tondan çoxdur ki, bu da Qazaxıstanı dünya bazarında əhəmiyyətli oyunçulardan birinə çevirir. Neft ixracının yeni marşrutları, o cümlədən Xəzər vasitəsilə açılır. Ölkəmiz vasitəsilə neft və qaz tranzitinin həcmi artır. Qazaxıstanın neft brendi KEBCO istifadəyə verilib, resurs bazasının artırılması, geoloji kəşfiyyatın investisiya cəlbediciliyinin artırılması, hasilatın artırılması, yeni layihələrin reallaşdırılması istiqamətində işlər aparılır", - deyə baş nazir bildirib.

Qeyd edək ki, 2023-cü ilin yekunları üzrə qaz hasilatının həcmi 59,1 milyard kubmetr, 2024-cü ilin proqnozu isə 60,5 milyard kubmetr təşkil edib.