16:20 - 5.09.2024
5 sentyabr, Fineko/abc.az. Aqrar şirkət “Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni baş icraçı direktor təyin edilib.
ABC.AZ xəbər verir ki, təsisçilərin qərarı ilə 2023-cü ilin mayından İdarə Heyətininin üzvü olan İslamzadə Nəsib Malik oğlu müvafiq vəzifəyə təyin edilib.
O, bu vəzifədə Mehdiyev Anar Rəsul oğlunu əvəz edib.
İslamzadə N.M. 2023-cü ilin mayından “Azərşəkər” MMC-nin İdarə Heyətinin üzvü idi.
2021-ci ilin dekabrından keçən ilin mayına qədər “Agrotrade Supply” MMC-nin İdarə Heyətinin üzvü idi.
Bundan əlavə, 2012-2015-ci illərdə “KPMG” audit şirkətində, 2015-ci ildə “Garant Holding” MMC-də maliyyə meneceri, 2015-2018-ci illərdə “AzGroup Holding”də maliyyə direktoru, 2020-2021-ci illərdə “PMD Hospitality” MMC və “Agro Food Investments” MMC-nin Audit Komitəsinin üzvü, 2021-2023-cü illərdə “PMD Group” MMC-nin Audit Komitəsinin sədri vəzifələrində çalışıb.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024