Qafqaz Mineral Sularının kurortlarında istirahət il ərzində bahalaşıb

10:02 - 6.09.2024


6 sentyabr, Fineko/abc.az. Qafqaz mineral sularının ən böyük kurortları olan Kislovodsk və Pyatiqorsk otellərində və sanatoriyalarında bir gecənin orta qiyməti müvafiq olaraq 19% artaraq 7265 rubla (140 manat) və 5525 rubla (106 manat) çatıb. 

ABC.AZ xəbər verir ki, bu şəhərlərdə 27 may – 8 sentyabr 2024-cü il tarixləri arasında bron edilən otellərdə, mehmanxanalarda və sanatoriyalardakı qiymətlər təhlil edilib. Məlumatlar ötən ilin eyni dövrü ilə müqayisə edilib.

Ekspertlərin fikrincə, qiymətlər yalnız sanatoriya yerlərinin çatışmazlığı səbəbindən artmır. Qafqaz Mineral Sularının kurortlarında istirahət xərclərinin dinamikasına yüksək inflyasiya, çatışmayan tibb işçilərinə xərclərin artması da təsir göstərir.