Pomidor da bahalaşdı

10:15 - 6.09.2024


6 sentyabr, Fineko/abc.az. Turşu bağlama mövsümünün başlaması ilə tərəvəz bazarında bahalaşma müşahidə edilir.

ABC.AZ xəbər verir ki, piştaxtaları bəzəyən növbənöv məhsullar kimi qiymətləri də fərqlidir.

Satıcıların sözlərinə görə, bu məhsulların  qiymətlərin ucuz olmamasının əsas səbəbi pomidorun qış hazırlığı üçün istifadə olunmasıdır.

Satıcıların dediyinə görə, bazarda ən çox bahalaşma pomidordadır.

Alıcılar da son günlər qiymətlərdə artım olduğunu bildirirlər.

Satıcılar sözügedən məhsullarda bahalaşmanın növbəti aylarda da davam edəcəyini proqnozlaşdırırlar.