“Toyota”, 2026-cı ildə qlobal elektromobil buraxılışı planlarını endirib

14:48 - 6.09.2024


6 sentyabr, Fineko/abc.az. Yaponiyanın “Toyota Motor” şirkəti 2026-cı ildə tələbatın azalması və satışların zəifləməsi fonunda elektromobillərin istehsalı üzrə planlarını üçdə bir qədər azaldıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nikkei qəzeti yazır.

İndi dünyanın ən böyük avtomobil istehsalçısı 2026-cı ildə 1 milyon elektrikli avtomobil istehsal etmək niyyətindədir, halbuki əvvəllər 1,5 milyon avtomobil istehsal edəcəyini gözləyirdi.

Bununla belə, hətta hibrid hazırlanmasına daha çox səy sərf edən və keçən il yalnız 104.000 elektormobil satan bu cür buraxılış həcmləri Toyota üçün iddialı bir məsələdir. Hal-hazırda elektrikli avtomobillər dünyadakı ümumi satışlarının təxminən 1%-ni təşkil edir.