Azərbaycanda banklar bundan sonra bu hesabatı verəcəklər

14:58 - 6.09.2024


6 sentyabr, Fineko/abc.az. Növbəti illərdə Azərbaycan banklarından iqlim dəyişmələrinə dayanıqlılığla bağlı hesabatlar tələb ediləcək.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov “Yaşıl maliyyə” mövzusunda keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, ESG (ekoloji, sosial və idarəetmə) risklərinin iqlim dəyişmələrinə inteqrasiyası nəzərdə tutulur:

“Bununla bağlı risk menecmentin stres testləri aparılır və risk amilləri qiymətləndirilir. Burda əsas məsələ şəffaflıq və bazar intizamının təmin edilməsidir”.

K. Məmmədov qeyd edib ki, artıq bankların bir neçəsi bununla bağlı hesabatlılıq verir: “Növbəti illərdən başlayaraq digər banklardan da tələb olunacaq ki, dayanıqlılığla bağlı hesabatlar verilsin”.