Çexiya Ticarət Nazirliyi Ukraynadan qaz tranzitini təmin etməyi təklif edir

16:07 - 6.09.2024


6 sentyabr, Fineko/abc.az. Çexiya öz ərazisindən Avropa İttifaqının qərb hissəsindən onun şərq hissəsində yerləşən ölkələrə qaz tranzitini təmin etməyə hazırdır.

ABC.AZ xəbər verir ki, bu barədə Çexiyanın sənaye və ticarət naziri Josef Sikela, enerji üzrə Avropa komissarı Kadri Simsona ünvanladığı məktubda yazıb.

"Nazir Sikela, Simsonun diqqətini Rusiya Federasiyasından Ukrayna vasitəsilə Avropa Birliyinə gedən qaz tədarükünün həcmini kifayət qədər əvəz edə biləcək Çexiyanın qaz nəqli sisteminin gücünə yönəldir. Beləliklə, nazir 2024-cü ilin sonunda Rusiya-Ukrayna qaz tranziti sazişinin sona çatacağı gələcək vəziyyətə reaksiya verir".

Nazir qeyd edib ki, hazırda bu razılaşmanın uzadılacağına dair heç bir fikir yoxdur.