17:15 - 6.09.2024
6 sentyabr, Fineko/abc.az. Türkiyə üçün Braziliya Cənubi Amerikanın qapısıdır, buna görə Ankara bu ölkə ilə iqtisadi əlaqələri daha da gücləndirməyə çalışır, deyə Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Braziliya "Türkiyənin Latın Amerikası və Karib dənizi ölkələri arasında ən böyük ticarət tərəfdaşıdır", ölkələr arasında ticarətin həcmi 2023-cü ildə 5 milyard dollara çatıb.
Bolat əlavə edib ki, Türkiyə və Braziliya da qarşılıqlı investisiya sahəsində sıx əməkdaşlıq edirlər – Türkiyənin Braziliyaya investisiyaları 50 milyon dollara çatıb, Braziliyanın Türkiyəyə yatırımları isə 600 milyon dollara yaxındır.
"Türkiyə və Braziliya şirkətlərini kənd təsərrüfatı, heyvandarlıq, mülki aviasiya, avtomobil və enerji kimi sektorlara investisiya qoymağa təşviq etmək lazımdır", - deyə Türkiyəli nazir bildirib.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024