Bu ölkə çip istehsalı avadanlıqlarında məhdudiyyətləri artırıb

17:22 - 6.09.2024


6 sentyabr, Fineko/abc.az. Niderland hökuməti çip istehsalında istifadə olunan avadanlıqların ixracına məhdudiyyətləri genişləndirdiyini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Niderland hökumətinin verdiyi açıqlamada, əlavə məhdudiyyətlərin sabahdan etibarən qüvvəyə minəcəyi və bu tarixdən etibarən daha çox növ çip istehsalı avadanlığının ixracına icazə veriləcəyi qeyd edilib.

Buna uyğun olaraq, Avropa İttifaqı xaricində çip maşınları göndərəcək şirkətlərin əvvəlcədən hökumətdən ixrac lisenziyası alması lazım olduğu bildirilib.