Neft bahalaşır, Brent bir barel üçün $71,95 təşkil edir

09:25 - 9.09.2024


9 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri keçən həftə düşəndən sonra bazar ertəsi hərracda yüksəlir.

Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:21-ə qədər $0,89 (1,25%) artaraq bir barel üçün $71,95-a yüksəldi. 6 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $1,63 (2,24%), bir barel üçün $71,06-a qədər ucuzlaşdı.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçerslərinin qiyməti saat 09:21-ə qədər $0,91 (1,34%) artaraq bir barel üçün $68,58-a yüksəldi. 6 sentyabr ticarətinin nəticələrinə görə, WTI  neftinin oktyabr fyuçersləri $1,48 (2,14%) - bir barel üçün $67,67-a düşdü.

Ötən həftə Brent markalı neft 7,63%, WTI nefti isə 7,99% ucuzlaşıb.