“Dəzgahqayırma Zavodu” bağlanır?

10:04 - 9.09.2024


9 sentyabr, Fineko/abc.az. “Dəzgahqayırma Zavodu” ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında yeni “Seyhanlar Group 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti adında yeni hüquqi şəxs yaradılır.

ABC.AZ xəbər verir ki, yaranma ilə əlaqədar “Dəzgahqayırma Zavodu” ASC-nin ümumilikdə 443 787 manat dəyərində 443787 ədəd adi, adlı, sənədsiz səhmi ləğv edilərək dövriyyədən çıxarılıb.

“Dəzgahqayırma Zavodu” ASC yenidən təşkil olunmuşdur və “Seyhanlar Group 2024Seyhanlar Group 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti “Dəzgahqayırma Zavodu” ASC-nin hüquqi varisidir.