10:50 - 9.09.2024
9 sentyabr, Fineko/abc.az. Amerikalı sahibkar, “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyonçusu ola bilər.
ABC.AZ xəbər verir ki, bu barədə “The Guardian” “Informa Connect Academy” qrupunun analitiklərinin hesabatına istinadən yazır.
Tədqiqatçılar Maskın sərvətinin hər il orta hesabla 110% artdığını güman edirlər. Bundan əlavə, iş adamı “Bloomberg Billionaires Index”ə görə 251 milyard dollarla artıq planetin ən varlı adamı olub.
“Informa Connect” Akademiyasının analitikləri 2028-ci ildə ikinci trilyonçunun Hindistan konqlomeratı “Adani Group”un qurucusu və sədri Qautam Adani olacağını ehtimal edirlər. Forbes ABŞ onu Asiyanın ən zəngin adamı adlandırıb. Onun kapitalının artım tempi ildə 123% təşkil edir.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024