Avqust ayında Çində inflyasiya 0,6%-ə qədər sürətləndi və fevral ayından bəri maksimuma çatdı

10:59 - 9.09.2024


9 sentyabr, Fineko/abc.az. Avqust ayında Çində istehlak qiymətləri (CPI indeksi) fevral ayından bəri ən yüksək sürətlə illik nisbətdə 0,6% artıb.

ABC.AZ xəbər verir ki, bu, ÇXR Dövlət Statistika İdarəsinin hesabatında deyilir. Trading Economics-ə görə analitiklər orta hesabla 0,7% qiymət artımını proqnozlaşdırdılar.

İyul ayında inflyasiya 0,5% təşkil edib.

Çində keçən ay ərzaq məhsullarının qiyməti 2023-cü ilin iyun ayından bəri ilk dəfə olaraq illik müqayisədə 2,8% artıb. Qeyri-ərzaq inflyasiyası 0,2% təşkil edib. Geyim qiymətləri 1,4%, tibbi xidmətlər 1,3%, təhsil qiymətləri 1,7% artıb. Kommunal xidmətlərin dəyəri dəyişməyib, nəqliyyat xidmətləri isə 2,7% azalıb.