11:45 - 9.09.2024
9 sentyabr, Fineko/abc.az. Ortamüddətli perspektivdə ölkəmizin vergi siyasətində yaşıl enerjinin dəstəklənməsi prosesi davam etdiriləcək.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl texnologiyalar”dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl vergilər”in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır.
“Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə “karbon vergisi” və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir. Yaşıl iqtisadiyyata dəstək tədbirlərindən biri kimi sənaye parklarını, xüsusilə tullantıların təkrar emalı sahəsində ixtisaslaşmış Balaxanı Sənaye Parkını qeyd etmək olar. Park ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, istehsal sahəsində məşğulluğun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. İş adamlarımız yaradılmış bu imkanlardan faydalanaraq, qabaqcıl çağırışlara uyğun innovativ istehsal sahələri qura bilərlər”, - deyə nazir vurğulayıb.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024