“Abşeron” yatağından indiyədək bu qədər qaz hasil olunub

14:02 - 9.09.2024


9 sentyabr, Fineko/abc.az. Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılandan bu günədək təqribən 1,8 mlrd. kubmetr qaz hasil olunub.

Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə yataqdan 700 min tona yaxın kondensant hasil edilib.

Qeyd olunur ki, “Abşeron” yatağının kəşfi 2011-ci ilin sentyabrın 9-da elan edilib. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.

“Ötən ilin iyulunda İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılan yataqdan bu günədək təqribən 1,8 mlrd.kubmetr qaz və 700 min tona yaxın kondensant hasil edilib”, – məlumatda qeyd olunur.