Dünyanın ən zəngin qadını o oldu

15:42 - 9.09.2024


9 sentyabr, Fineko/abc.az. “Walmart”ın qurucusu Sem Uoltonun yeganə qızı Alice Walton 2022-ci ilin may ayından bəri ilk dəfə dünyanın ən zəngin qadını olub.

ABC.AZ xəbər verir ki, buna A.Walton “Walmart”ın səhmlərinin rekord həddə çatdıqdan sonra bu pilləyə qalxıb.

89,1 milyard dollar təxmin edilən sərvəti ilə 74 yaşlı Walton, iyun ayında qısa müddət ərzində ilk qadın milyarder olan və hazırda 88,4 milyard dollar təxmin edilən sərvətə sahib olan fransız “L’Oreal” varisi Fransua Bettencourt Meyersi ötüb keçib.

“Walmart” səhmləri bu həftə 47% artdığı halda, L’Oreal eyni dövrdə 13% ucuzlaşıb.

Müəllif: Elmir Murad