“Volkswagen” ən çox maşın satmır - Bəs nə satır?

16:18 - 9.09.2024


9 sentyabr, Fineko/abc.az. “Volkswagen” artıq 50 ildir ki, avtomobillərdən başqa kolbasa istehsal edir və bəzi illərdə onların istehsal etdiyi bu kolbasa avtomobillərin sayını belə keçir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, üzərində “Volkswagen” yazılmış kolbasalar 1970-ci ildən Almaniyanın ən məşhur avtomobil şirkətlərindən biri olan “Volkswagen” brendinin zavodunda istehsal olunur.

“Volkswagen Currywurst” adlanan bu kolbasalar “Volkswagen” loqosu olan paketlərdə qablaşdırılır.

Bəs bir avtomobil markası niyə kolbasa istehsal edir?

“Volkswagen Currywurst”un hekayəsi 1973-cü ildən başlayır.

Bir vaxtlar Almaniyada “Volkswagen”in “Volfsburq” zavodunda işçilər üçün yeməkxana var idi. Bu yeməkxana gərgin iş saatlarında işçilərin dincəldiyi, yemək yediyi yer olsa da, menyusunda olan yeməklər arasında işçilərin sevimlisinə çevrilən yeməklər var idi. Bu “currywurst”, yəni köri kolbasasıdır.

“Volkswagen” bu ləzzəti gözardı etməyib və öz kolbasalarını istehsal etmək qərarına gəlib. Beləliklə, o, Volfsburqdakı fabrikdə öz ət emalı zavodunu qurub və “Volkswagen”in ikonik köri kolbasaları istehsal edildi. Əvvəlcə yalnız işləyən insanlar üçün nəzərdə tutulmuş bu kolbasa illər keçdikcə populyarlıq qazandı.