“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” yenə zərər etdi - Hesabat

17:25 - 9.09.2024


9 sentyabr, Fineko/abc.az. “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” ötən ilin maliyyə vəziyyətini açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkət ötən il 991 min manat cəmi gəlir əldə edib. Bu 2022-ci ilə nisbətən 286 min manat və ya 22,4% azdır.

Satışın maya dəyəri isə 177,2 min manat, başqa sözlə 16,8% azalaraq 876,7 min manata düşüb.

Şirkət 2022-ci ildə 2 milyon 125 min manat zərər etməsinə baxmayaraq, ötən il 367,4 min manat mənfəət əldə edib.

İnzibati və əməliyyat xərcləri 577,5 min manat olub ki, bu da son bir ildə 124,5 min manat və ya 17,7% azalma deməkdir.

Əməliyyat zərəri isə son bir ildə 2 milyon 77,3 min manat və ya 10,9 dəfə azalaraq 210,1 min manata düşüb.

Ümumilikdə isə şirkət ödən ili 556,5 min manat xalis zərərlə başa vurub. Buna baxmayaraq xalis zərər son bir il ərzində 1 milyon 863,8 min manat 4,3 dəfə azalıb.

Ötən il Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 20 milyon 558 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 2 milyon 928 min manat və ya 12,5% azalıb.

Öhdəlikləri 1 milyon 194 min manat və cəmi kapitalı isə 19 milyon 364 min manat olub. Öhdəliklər son bir ildə 1 milyon 28 min manat 7,2 dəfə artıb, balans kapitalı 3 milyon 957 min manat və ya 17% azalıb.

Şirkətin balansındakı yığılmış zərərin həcmi 8 milyon 237 min manat olub. Bu da 2022-ci ilə nisbətən 556 min manat və ya 7,2% artıb.