Neft ötən gün artdıqdan sonra ucuzlaşır, Brent bir barel üçün $71,75 təşkil edir

09:30 - 10.09.2024


10 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünən qalxdıqdan sonra çərşənbə axşamı hərracda azalır.

Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:24-də $0,09 (0,13%), bir barel üçün $71,75 dollara düşüb. 9 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $0,78 (1,10%) artaraq bir barelə $71,84-a yüksəlib.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçersləri saat 09:24-də $0,15 (0,22%) azalaraq bir barel üçün $68,56-a düşüb. 9 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersi $1,04 (1,54%) - bir barel üçün $68,71-a yüksəlib.