10:22 - 10.09.2024
10 sentyabr, Fineko/abc.az. Çin avqust ayında ixracını illik müqayisədə 8,7% artıraraq 308,65 milyard dollara çatdırıb.
ABC.AZ xəbər verir ki, bu barədə ÇXR Baş Gömrük İdarəsinin məlumatında deyilir. Beləliklə, göstərici 23 ay ərzində maksimuma çatıb. Eyni zamanda, artım 2023-cü ilin mart ayından bəri ən əhəmiyyətli olub. İdxal 0,5% artaraq 217,63 milyard dollar təşkil edib.
Trading Economics-ə görə analitiklər orta hesabla ixracın 6,5%, idxalın 2% artacağını proqnozlaşdırdılar.
Ötən ay ÇXR - dən Cənubi Koreyaya ixrac 3,4%, Avropa İttifaqı ölkələrinə 13,4%, ABŞ - a 4,9%, ASEAN dövlətlərinə isə 8,8% artıb.
Cənubi Koreyadan idxal 13,3%, ASEAN-dan 3,5%, Hindistandan 3,2%, Rusiyadan 3,2% artıb. Bu arada Avropa İttifaqından tədarüklər 4%, Yaponiyadan 3,8%, Böyük Britaniyadan 2,1% azalıb, ABŞ-dan isə dəyişməyib.
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
2 Oktyabr 2024