Almaniya bütün quru sərhədlərində müvəqqəti sərhəd nəzarəti tətbiq edir – Tarix

11:02 - 10.09.2024


10 sentyabr, Fineko/abc.az. Almaniya sentyabrın 16-dan ölkənin bütün quru sərhədlərində müvəqqəti sərhəd nəzarəti tətbiq edəcək.

ABC.AZ xəbər verir ki, qərar qanunsuz miqrant axınının azaldılması üçün qəbul edilib və nəzarət özü 6 ay müddətində tətbiq ediləcək. Qeyd etmək lazımdır ki, belə bir tədbir əvvəllər də tətbiq olunmuşdu, lakin o zaman söhbət yalnız Almaniyanın Polşa və Çexiya ilə sərhədlərindən gedirdi.

Nəzarətin tətbiqi o deməkdir ki, polis stasionar və mobil yoxlamalar apara biləcək və ölkəyə girişdən imtina etmək hüququna malikdir.